- Baxış sayı: 32
- 18 Aprel 2024 14:08
- Baxış sayı: 37
- Aprel 18, 2024
- 0
Türkiyənin Gəbze şəhərində yeniyetmə güləşçilər arasında 21-ci Zəfər kuboku keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Niderland, Qırğızıstan və Bosniya və Hersoqoviniya komandaları iştirak edirlər.
“Sərbəstlər”in mübarizəsində Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini yeniblər.
Yunan-Romaçıların rəqabətində Murad Abbasov (55 kq) və Ruslan Hədisov (65 kq) öz komanda yoldaşları üstələyərək bürünc medal qazanıblar.
Qızlarda Birgül Sultanova (57 kq) 1-ci, Şahanə Nəzərova (43 kq) 2-ci və Sevinc Əhədova (49 kq) 3-cü olublar.