Yeniyetmə həndbolçular arasında Azərbaycan və Bakı birincilikləri

İyunun 3-də Şağan olimpiya idman kompleksində yeniyetmə həndbolçuların Azərbaycan birinciliyinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, yarışlarda Bakının 3 komandası ilə yanaşı, Gəncə, Mingəçevir şəhərlərindən olan 2006-2008-ci il təvəllüdlü oğlanlar da mübarizə aparacaqlar.

Aprelin 5-dək davam edəcək oyunlar gənclər və idman nazirliyi və həndbol federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Mükafatçılara diplom və hədiyyələr təqdim olunacaq.

Bu yarışla yanaşı, Bakı şəhər gənclər və idman baş idarəsi həndbol federasiyasının birgə təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında 28 may – Respublika gününə həsr olunmuş Bakı şəhər birinciliyi də keçiriləcək.

Həmin kateqoriyadan