- Baxış sayı: 74
- 24 İyun 2026 22:19
- Baxış sayı: 120
- İyun 25, 2026
- 0

Sərbəst güləş üzrə U-17 yığmamız aprelin 25-dən Xaçmaz olimpiya idman kompleksində təlim-məşqə start verib. Allsport.az saytı xəbər verir ki, məqsəd iyunda Rumıniya paytaxtı Buxarestdə qitə çempionatına hazırlıqdır. Proses mayın 6-dək davam edəcək.
Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi ilə həm fiziki, həm də taktiki-texniki çalışmalar keçirilir.
Komandamızın mayın 9-dan 11-dək Antalyada “Azadlıq kuboku”nda iştirakı da nəzərdə tutulub.