- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 62
- İyun 26, 2026
- 0
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilərin Avropa birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, bu yarışın digərlərindən fərqləndirən ən önəmli məqamı, cari ildən adı çıkilən yaş qrupunda hər ölkədən eyni çəkidə 2 idmançı ilə təmsil olunmasıdır.
İlk gündə meydan “sərbəstlər”ə verilib. Komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Mahir Məmmədzadə (42 kq) 1-ci, Məhəmmədsaleh Abakarov həmin çəkidə 2-ci, İntiqam Vəlizadə (50 kq) və Əbubəkr Abakarov (69 kq) 3-cü olublar.