Yeniyetmə sərbəst güləşçilərimiz Seyid Cəfər Musəvi kuboku üçün Məşhədə yollanacaq

Noyabrın 1-2-də İranın Məşhəd şəhərində yeniyetmə sərbəst güləş üzrə Seyid Cəfər Musəvi kuboku keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi ilə Arazın o tayında Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi – 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində 2-ci dərəcəli beynəlxalq hakim Kamran Əliyev yer alacaq.

Həmin kateqoriyadan