- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 76
- May 11, 2026
- 0

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, meydan ilk olaraq “sərbəstlər”in ixtiyarına verilib. Komandamız yarışın 2-ci günü 2 gümüş və 5 bürünc medalla başa vurublar.
Djopua İnal (63 kq) ilə Rəşad Yusifli (76 kq) yalnız finalda uduzublar. Əsgər Məmmədəliyev (46 kq), Sabutay Əmişov (54 kq), Hacımurad Hacıyev (63 kq), Əli Əminzadə və Əshab Həmzətov (hər ikisi – 100 kq) 3-cü yer tutublar.
Rəqabətin ilk günündə Mahir Məmmədzadə (42 kq) 1-ci, Məhəmmədsaleh Abakarov həmin çəkidə 2-ci, İntiqam Vəlizadə (50 kq) və Əbubəkr Abakarov (69 kq) 3-cü olublar.