Yeniyetmə sərbəst və yunan-Roma güləşçilərimizin Xaçmazda hazırlığı davam edir

Xəbər verdiyimiz kimi, yeniyetmə sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Xaçmaz olimpiya idman kompleksində təlim-məşq toplanışı keçir.

Allsport.az saytı xəbər verir ki, “sərbəstlər” böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Abil İbrahimov və Yaşar Əliyevin, “klassiklər”imiz isə böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun rəhbərliyi ilə mayın 17-dən şimal bölgəsində hazırlığı davam etdirir.

Bahadırlarımız həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir. Qeyd edək ki, mayın 29-dək davam edəcək TMT iyunda İtaliyada keçiriləcək Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa gənclərinin yay olimpiya festivalına hazırlıqdır.

Həmin kateqoriyadan