Yeniyetmə sərbəst və yunan-Roma güləşiçilərimiz Xaçmaza toplaşıb

Yeniyetmə sərbəst və yunan-Roma güləşiçilərdən ibarət yığmalarımız Xaçmaz olimpiya idman kompleksində təlim-məşqə başlayıblar. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Abil İbrahimov və Yaşar Əliyevin rəhbərliyi ilə “sərbəstlər”də toplanışa Murad Haqverdiyev, Abdulrəhman İbrahimov (hər ikisi – 45 kq), Ramik Heybətov, Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov, Rəhman İmanov (51 kq), Əbülfəz Nəsirov, Zirəddin Bayramov (55 kq), Sabir Cəfərov, Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev, Rəşad Əzizov (65 kq), Məhəmmədəli Əliyev, Məhəmməd Aydayev (71 kq), Abdulcəlil Şabanov, Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev, İzzət Aşurov (92 kq), Hamlet Nəsibli, Nural Vəliyev (110 kq) dəvət alıblar.

Böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun başçılıq etdiyi “klassiklər”dən heyətə Fərid Sadıqlı, Təvəkkül Həziyev, Ramal Nəzərli (hamısı – 45 kq), Məlik Əliyev, Ziya Babaşov, Cavidan Məmmədli (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (51 kq), Nihad Məmmədli, Rəsul Məmmədzadə, Yadigar Qaybəliyev (55 kq), Əli Alıyev, Həsrət Cəfərov, Etibar Rzayev (60 kq), Xasay Həsənli, Kənan Abdullazadə (hər ikisi 65 kq), Allahverdi Əliyev, Rauf Əliyev (71 kq), Coco Səmədov (75 kq), Əlisəftər Məmmədli və İbrahim Mehrəliyev (80 kq) daxil olublar.

Qeyd edək ki, təlim-məşq toplanışı iyunda İtaliyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa gənclərinin yay olimpiya festivalına hazırlıqdır. 

Həmin kateqoriyadan