Yeniyetmə və gənc qızlar Krivoy-Roqda güləşəcək

Fevralın 19-20-də Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki, bu yarışda milli komandamız da iştirak edəcək.

Böyük məşqçilər Yaqub Məmmədov və Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 13 idmançı yer alıb. Yeniyetmələrin yarışında Ülkər Babayeva, Aynurə Camalova (hər ikisi 40 kq), Sona Tumarxanova (48 kq), Leyla Qurbanova (51 kq), Şəbnəm Əhmədova (56 kq) yarışacaq.

Gənclərin yarışında isə, ölkəmizi Sahilə Ələkbərova (44 kq), Türkan Nəsirova (48 kq), Arzu Əliyeva (51 kq), Almaz İsmayılova, Alyona Kolesnik (hər ikisi 55 kq), Ləman Qurbanova (59 kq), Dərya Korin (63 kq) və Raqnetta Qurbanzadə (69 kq) təmsil edəcək.

Həmin kateqoriyadan