Yeniyetmə yunan-Roma güləş millimizdən də uğur: 3 qızıl və 1 bürünc mükafat

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmələrin Avropa birinciliyində yunan-Roma güləşçiləri mübarizəyə aparıblar. Allsport.az saytı xəbər verir ki, millimiz bu yarışda uğurlu çıxış edib.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev rəhbərlik etdiyi komandamızdan Həzrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq), Asim İmanzadə (69 kq) qızıl və Həsən Məmmədli (58 kq) bürünc medal qazanıblar.

Bu mübarizəni digərlərindən fərqləndirən önəmli məqam, qaydalarda edilən bəzi dəyişikliklər burada sınaqdan keçirilməsi olub. Növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur.

Proqrama əsasən, ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal tutaşmaları növbəti gündə keçirilib. İdmançılar hər 2 mübarizə günündə çəkiyə cəlb ediliblər. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilib.

Həmin kateqoriyadan