Yeniyetmə yunan-Roma güləşçiləri Moskvada sınaq turnirində

7-8 fevralda Moskvada Olimpiya çempionu B.Qureviçin xatirəsinə yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda yunan-Roma güləşi üzrə milli komandamız iştirak edəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi ilə 10 pəhləvanımız Rusiya paytaxtına yollanıb.

Heyətdə Elşad Məmmədov (42 kq), Zaur Nuriyev (46 kq), Pərvin Abdullayev (50 kq), Xancavad Məcidzadə (54 kq), Kamran Mirzəliyev, Kənan Cəfərov (hər ikisi 58 kq), İbrahim Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Aslan Məmmədov (76 kq) və Camal Feyziyev (100 kq) yer alıblar.

Həmin kateqoriyadan