Yeniyetmə yunan-Roma güləşçiləri qitə birinciliyinə yollanır

İyunun 13-dən 19-dək Rumıniya paytaxtı Buxarestdə U-17 Avropa çempionatı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda meydan ilk olaraq yunan-Roma güləşçilərinə veriləcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi ilə ölkəmizi Hüseyn Savadov (45 kq), Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Fəraim Mustafayev (55 kq), Məhəmməd Qasımzadə (60 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq), İsmayıl Rzayev (80 kq), Mikayıl İsmayılov (92 kq) və Məzaim Mərdanov (110 kq) təmsil edəcəklər.

AGF-in rəhbərliyi olimpiya güləş mərkəzində komanda ilə görüşüb. İcraiyyə komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov və olimpiya çempionu Toğrul Əsgərov milli üzvlərinə qarşıdakı məsul yarışda uğurlar arzulayıb.

AÇ-nin proqramına əsasən, iyunun 12-də güləşin klassik növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti 3 gündə isə bu növdə mübarizə baş tutacaq. Qitə birinciliyində 2-ci dərəcəli beynəlxalq kateqoriyalı hakimlər Kamran Əliyev və Vüqar Şükürov ədaləti qoruyacaqlar.

Həmin kateqoriyadan