Yeniyetmə yunan-Roma güləşçilərimiz dünya çempionunun şərəf yarışında

2-3 iyunda Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçilərin beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə 19 idmançı yollanıb.

Bunlar Qurban Qurbanov, Fərhad İsrafilov (hər ikisi – 45 kq), Nihad Quluzadə, Ariz Hüseynov (48 kq), Həsrət Cəfərov, Qüdrət Şıxəlizadə (51 kq), Murad Abbasov, İsrafil Məmmədov (55 kq), Adəm Hacızadə, Nihad Məmmədli, Xasay Həsənli, Əli Alıyev (hamısı – 60 kq), Ruslan Hədisov, Əkrəm Ağayev (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev, Rahim Qəhrəmanzadə (92 kq) və Sərxan Məmmədovdur (110 kq).

Görüşlərin idarə edilməsində bizi 3-cü dərəcəli beynəlxalq hakim Elgün Məmmədov təmsil edəcək.

Həmin kateqoriyadan