Yeniyetmə yunan-Roma güləşçilərimiz Gürcüstandan 7 medalla dönüblər

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçilərin beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, bu sınaqda millimiz 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Qurban Qurbanov (45 kq) bütün rəqiblərindən üstün olub. Bu çəkidə finalda komanda yoldaşına uduzan Fərhad İsrafilov (45 kq), eləcə də Ruslan Hədisov (65 kq) və Sərxan Məmmədov (110 kq) 2-ci pilləni tutublar.

Həsrət Cəfərov (51 kq), Xasay Həsənli və Adəm Hacızadə (hər ikisi – 60 kq) 3-cülüklə kifayətləniblər. Hakimlər briqadında bizdən Zaur Şərifovla Elgün Məmmədov yer alıblar.

Həmin kateqoriyadan