Yeniyetmə yunan-Roma güləşçilərimizdən ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçirilir. Allsport.az saytı xəbər verir ki, yeniyetmə yunan-Roma güləşçilərimizdən ibarət millimiz böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi ilə ilk gündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qurban Qurbanov (42 kq), Əsgər Əlizadə (50 kq) 1-ci, Ariz Hüseynov (42 kq) 2-ci və Zaur Əliyev (50 kq) q3-cü olublar. Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Elgün Məmmədov təmsil edir.

Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqovinada, dünya çempionatı 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.

Həmin kateqoriyadan