Yığmalarımız qardaş ölkədə təlim-məşq keçir

Yunan-Roma, sərbəst və qadın güləşi üzrə U-20 yığmalarımız yurd dışında toplanışı keçir. Allsport.az saytı xəbər verir ki, hər 3 komandamız aprelin 26-dan Türkiyədə hazırlığa start verib. 2 həftəlik təlim-məşqdən sonra, iyunun 27-dən iyulun 3-dək Romada qirə çempionatı gözləyir.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Boluda hazırlıq keçir. Heyətdə 15 idmançı yer alıb.

Sərbəst güləşçilərimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi ilə İstanbulda qərarlaşıblar. Heyətdə 13 idmançı yer alıb.

Qadın güləşçilərimiz isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Niğdədə toplanış keçir. Heyətdə 9 idmançı yer alıb.

Türkiyə milliləri ilə ortaq keçirilən TMT yekunlaşdıqdan sonra yığmalarımız mayın 13-dən 15-dək Antalyada baş tutacaq “Çempionlar” turnirində çıxış edəcək.

Həmin kateqoriyadan