Yığmamız qitə çempionatına Bakıda hazırlaşır

Yunan-Roma güləşi üzrə yığmamız yanvarın 25-dən növbəti təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, Nitsa qran-prisində çıxış etdikdən sonra Vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə baş tutan təlim-məşq toplanışı gələn ay Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıqdır.

Komanda qitə birinciliyinədək məşqləri olimpiya güləş mərkəzində davam etdirəcək.

Həmin kateqoriyadan