Yığmamız ilk görüşdə məğlub oldu

Gürcüstanın Telavi şəhərində 18 yaşadək voleybolçu oğlanlar arasında Şərqi Avropa voleybol zonal assosiasiyası (EEVZA) çempionatı start götürüb.

Allsport.az xəbər verir ki, Azərbaycan yığması ilk oyununda Polşa ilə qarşılaşıb.

Hər üç set rəqib komandanın qələbəsi ilə yekunlaşıb. İlk setdə 12:25 hesabı ilə uduzan voleybolçularımız növbəti hissələrdə 16 xal qazanıblar.

Millimiz növbəti turda Ukrayna komandası ilə qarşılaşacaq.

Polşa – Azərbaycan – 3:0 (25:12, 25:16, 25:16)

Həmin kateqoriyadan