- Baxış sayı: 75
- 24 İyun 2026 22:19
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Qazaxıstanın Atırau şəhərində sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq turnir keçirilib.
Allsport.az xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzovla məşqçi Vahid Məmmədovun rəhbərliyi altında yarışa qatılan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.
Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıb.