“Yığmanın yeni çalışdırıcısı tam fərqli məşq və motivasiya havası yaradıb”

Qadın həndbolçular Konya-2021 İslam oyunlarına hazırlığı davam etdirirlər. Millinin və “Azəryol”un qapıçısı Azaliya Həsənova allsport.az saytına açıqlamasında yurd dışı toplanışı barədə bunu deyib:

“Azərbaycan həndbol federasiyası ilə gənclər və idman nazirliyinin rəhbərliklərinə yüksək şərait yaratdıqlarına görə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi, Tiflisdə təlim-məşqdə olduq. Bu, Gürcüstanda sayca 2-ci hazırlıq idi. Hər şey yaxşıdır. Məşqlər yüksək səviyyədə keçir.

Serbiyalı Slavisa Ristiçeviçdən çox razıyıq. Tam fərqli məşq və motivasiya havası yaradıb. Hazırda vətəndəyik. Növbəti həftə içində yenidən məşqləri bərpa edəcəyik. Sonra bizi İslam oyunları gözləyir. Ciddi rəqiblərimiz var. Allah qoysa, biz də mükafatçılar sırasında olacağıq”.

Həmin kateqoriyadan