- Baxış sayı: 62
- 25 İyun 2026 17:55
- Baxış sayı: 66
- İyun 26, 2026
- 0

Kişi voleybolçular arasında yüksək liqada növbəti görüşlərin vaxtları dəqiqləşib.
Allsport.az xəbər verir ki, I dövrə çərçivəsində keçiriləcək qarşılaşmalar fevralın 1-də oynanılacaq.
Günün ilk matçında “Sərhədçi” “Murov”la münasibətinə aydınlıq gətirəcək. Oyunun start fiti 14:00-da veriləcək. 16:00-da isə meydana “Express” və “Xilasedici” klubları çıxacaqlar.
Hər iki matç “Sərhədçi” olimpiya idman mərkəzində təşkil olunacaq.