Yüksək liqada 4 oyunun vaxtı açıqlandı

Kişi voleybolçuların yüksək liqasında I dövrədə növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, fevralın 8-i saat 14:00-da “Neftçi” və MOİK klubları qarşılaşacaq.

Saat 16:00-da lider “Xilasedici” “Sərhədçi”ni sınağa çəkəcək. Hər iki görüş FHN-nin idman-sağlamlıq kompleksində oynanılacaq.

Fevralın 12-si saat 14:00-da “Sərhədçi” olimpiya idman mərkəzində “Sərhədçi” və “Neftçi” üz-üzə gələcək.

Saat 16:00-da “Xilasedici” və “Murov” FHN-in idman-sağlamlıq kompleksində qarşılaşacaqlar.

Həmin kateqoriyadan