Yüksək liqada ilk dəfə VAR

Allsport.az saytı xəbər verir ki, voleybol üzrə Azərbaycan çempionatında ilk dəfə olaraq Çağırış (çelenc) sistemindən istifadə olunub.

Mübahisəli epizodlar üçün nəzərdə tutulan sistem bu gün GİN-in voleybol mərkəzində baş tutan “Azərreyl” – “Abşeron” qarşılaşmasında tətbiq edilib.

Müvafiq qaydalara əsasən komandalara hər setdə 2 dəfə bundan yararlanmağa imkanı verilir. Tərəflər etirazlarında haqlı çıxsalar, bu imkanlarını qoruyurlar.

Həmin kateqoriyadan