Yüksək liqada növbəti oyunlar

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi məkan və vaxt dəqiqləşib. Allsport.az xəbər verir ki, kişi voleybolçuların yüksək liqasında I dövrənin son oyunları yanvarın 26 və 27-də baş tutacaq.

Yanvarın 26-da “Neftçi” MOİK-i (saat 18:00) sınağa çəkəcək. Növbəti gün isə III turun son matçında ”Murov” – “Xarı bülbül” oyunu keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.

Hər iki görüş Bakı voleybol mərkəzində olacaq.

Həmin kateqoriyadan