Yüksək liqada növbəti oyunların vaxtı

Kişi voleybolçuların yüksək liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Allsport.az xəbər verir ki, I dövrə çərçivəsində keçiriləcək matçlar fevralın 4-ü “Sərhədçi” olimpiya idman mərkəzində təşkil olunacaq.

Günə 14:00-da “Sərhədçi” – “Express” oyunu ilə start veriləcək. Saat 16:00-da isə “Xilasedici” və MOİK qarşılaşacaq.

Həmin kateqoriyadan