Yunan-Roma güləş millimiz “Alrosa” kubokunda 3-cü olub

Rusiya paytaxtında 2-qat olimpiya çempionu İvan Yarıginin xatirəsinə “Alrosa” kuboku sona yetib. Allsport.az saytı xəbər verir ki, “Dinamo” idman sarayında təşkil olunan rəqabət olimpiya çəkilərində komanda üzrə olub.

Yunan-Roma güləşində yeyətə Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) daxil ediliblər.

Məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edən millimiz Rusiya (0:6) və Özbəkistana (1:5) məğlub olub, Gürcüstana (5:1) qalib gəlib. Bu nəticə ilə yığmamız bürünc medala qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev yer alıb.

Həmin kateqoriyadan