Yunan-Roma güləş millimiz Təxti kubokunda 2-ci olub

İranın Əndimeşk şəhərində yunan-Roma güləşçilərin Təxti kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, ölkəmizi millinin böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi ilə 10 nəfər təmsil edib.

İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin bahadırlarının mübarizə apardığı rəqabətdə Azad Əliyev (72 kq) gümüş, Ziyad Zeynalov (55 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıblar. 

Komanda hesabında bizimkilər 134 xalla 2-ci yeri tutub.

Həmin kateqoriyadan