Yunan-Roma güləş millimizin də heyəti açıqlanıb

Rusiyanın Ufa şəhərində gənclərin dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın son 3 günündə mübarizəyə qoşulacaq yunan-Roma güləşçilərimiz, bu gün Rusiyaya yollanıb.

Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi ilə Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (77 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıblar.

Həmin kateqoriyadan