Yunan-Roma güləş millimizin DÇ üçün heyəti

Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, rəqabətin son 3 günündə “klassiklər” mübarizəyə qoşulacaqlar.

Dünən Macarıstan paytaxtı yollanan millimizin heyətində böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi ilə Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Məhəmməd Şükürzadə (55 kq), Fərid Xəlilov (60 kq), İsmayıl Rzayev (65 kq), Ruslan Nurullayev (71 kq), Cocu Səmədov (80 kq) və Əli Quliyev (92 kq) yer alıblar.

Qeyd edək ki, yığmamız ötən ay Bolqarıstanın Samokov şəhərində komanda hesabında Avropa çempionu olub.

Həmin kateqoriyadan