Yunan-Roma güləş seçməsinin DÇ üçün heyəti açıqlanıb

10-18 sentyabrda Serbiya paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, rəqabətin ilk günlərində “klassiklər” mübarizə aparacaq. Bu gün olimpiya güləş mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib. AGF-in icraiyyə komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, onun müavini Orxan Məmmədov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb. Daha sonra heyət açıqlanıb.

Dünya çempionatında baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan