Yunan-Roma güləş yığmamız 2 qızıl, 2 gümüş və 1 bürünc medalla dünya 2-ci olub

Bolqarıstan paytaxtı Sofiyada yeniyetmə güləşçilərin dünya birinciliyinə yekun vurulub. Alsport.az saytı xəbər verir ki, yarışın son günlərində mübarizəyə “klassiklər” qoşulublar.

Bu növdə millimizin çıxışı daha uğurlu olub. Balkanlara yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb: Nihat Məmmədli (55 kq), Laçın Vəliyev (92 kq) qızıl , Ziya Babaşovla (48 kq), Elmir Əliyev (51 kq) gümüş və Fərid Sadıxlı (45 kq) bürünc medal qazanıblar. 

Millimiz 123 xalla komanda hesabında dünya 2-cisi olub. İran 148 xalla 1-ci, Rusiya yığması 99 xalla 3-cü yeri tutub.

Həmin kateqoriyadan