Yunan-Roma güləşçiləri dünya 2-cisi oldu

İstanbulda U-17 dünya çempionatında yunan-Roma güləşçilərin çıxışı çatıb. Allsport.az saytı xəbər verir ki, DÇ-də 5 medal qazanan millimiz 108 xal toplayaraq, komanda hesabında dünya 2-cisi olub. İran (113) 1-ci, Gürcüstan (96) 3-cü yeri tutub.

Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi ilə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə nail olub.

DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan