- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

14-22 sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yunan-Romaçılar bu yarışa Göygöl olimpiya idman kompleksində hazırlaşır.
Avqustun 12-də start götürən təlim-məşqdə Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları icra edir.
Qeyd edək ki, TMT avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığı Bakıda keçəcək.