Yunan-Roma güləşçilərimiz Kiyevə yollanır

10-12 mayda Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin 23-cü xatirə yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə sabah yunan-Roma güləşçilərimiz yola düşəcək.

Heyətdə baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi ilə Sakit Quliyev, Murad Bazarov (hər ikisi – 60 kq), Kərim Cəfərov, Elman Muxtarov, Nofəl Babayev (67 kq), Sənan Süleymanov (72 kq), Həsən Əliyev (77 kq) və Zamir Məhəmmədov (97 kq) daxil olublar.

Görüşü idarə edənlər arasında 1-ci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev yer alacaq.

Həmin kateqoriyadan