- Baxış sayı: 32
- 18 Aprel 2024 14:08
- Baxış sayı: 38
- Aprel 18, 2024
- 0
Yunan-Roma güləşi üzrə millimiz Budapeştdə keçiriləcək Avropa olimpiya təsnifat turnirinə hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, martın 18-dən 21-dək baş tutacaq lisenziya yarışı üçün nəzərdə tutulan son təlim-məşq toplanışında taktiki-texniki çalışmalara üstünlük verilir.
Martın 4-dən olimpiya güləş mərkəzində start götürən hazırlıq prosesi ayın 17-də başa çatacaq. Milli üzvləri baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə bir dəfə olmaqla məşqlərdə iştirak edirlər.
Yunan-Roma güləşi üzrə mübarizə Avropa olimpiya təsnifat turnirinin sonuncu iki günündə – martın 20-21-də baş tutacaq. Komandamız 60, 67, 77, 87, 97 və 130 kiloqram çəki dərəcələrində olimpiadaya lisenziya qazanmağa çalışacaq.