Yunan-Roma güləşçilərimiz Macarıstanda toplanış keçir

Yunan-Roma güləşçilərimiz Macarıstanda təlim-məşq toplanışını davam etdirirlər. Allsport.az xəbər verir ki, olimpiadaya lisenziya qazanan Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında yerli komanda ilə birgə Tokio-2020 yay olimpiya oyunlarına hazırlığı intensiv şəkildə davam etdirirlər.

Mayın 25-dən bu ölkədə təlim-məşq toplanışa start verən pəhləvanlarımız həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Toplanış başa çatdıqdan sonra hər iki güləşçimiz Varşavada baş tutacaq (8-13 iyun) reytinq xarakterli beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan