Yunan-Roma güləşçilərimiz Rusiyada təlim-məşq keçəcək

Yunan-Roma güləşi üzrə yığmamız yeni ilin ilk günlərindən növbəti təlim-məşq toplanışına start verəcək. Allsport.az xəbər verir ki, millimiz yanvarın 2-dən 16-dək Rusiyanın Saransk şəhərində hazırlıq keçəcək.

Həm fiziki, həm də taktiki çalışmaların həyata keçiriləcəyi toplanışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə Murad Məmmədov, Murad Bazarov (hər ikisi – 60 kq), Taleh Məmmədov (63 kq), İslambəy Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah ŞəriətiBeka Kandelaki (130 kq) iştirak edəcək.

Digər yığma üzvləri isə böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə Bakıda – olimpiya güləş mərkəzində məşqləri davam etdirəcək.

Yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə qran-pri olacaq. Heyət yarış ərəfəsində ictimaiyyətə açıqlanacaq.

Həmin kateqoriyadan