Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında 3-cü olub

Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, 6-cı yarış günündə yunan-Roma güləşçilərimiz medal qazana bilməyiblər. Sənan Süleymanov (66 kq), Ruhin Mikayılov (75), Arif Niftullayev (85) və Oyan Nəzəriani (130 kq) zəif təsir bağışlayıblar.

Buna rəğmən, dünən 3 qızıl və 1 bürünc mükafata sahiblənən Şaban Donatın komandası cəmdə 42 xal toplayıb və ümumi hesabda 3-cü yer tutub. 47 xal toplayan Gürcüstan 1-ci, 45 xalla Rusiya idmançıları 2-ci yolublar. Maraqlıdır ki, bu kollektivlərin yunan-Roma güləşçiləri çempionatda qızıl medal qazana bilməyiblər.

Həmin kateqoriyadan