- Baxış sayı: 34
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

2-10 oktyabrıda Norveç paytaxtı Osloda dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləş millimiz məsul yarışa hazırlıqları davam etdirir. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi ilə Bakıda məşq edir. Hazırlıq oktyabrın 4-dək davam edəcək.
Oktyabrın 6-da güləşin klassik növü üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 55, 72, 77 və 82 kq-da yarışa start veriləcək. Oktyabrın 8-də 60, 97 və 130, ayın 9-da isə 63, 67 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.