Yunan-Roma güləşçilərindən bir bürünc medal

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. Allsport.az xəbər verir ki, çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə Norveç və Finlandiyadan olan rəqiblərini məğlub edib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan idmançımız bürünc medal uğrunda görüşə çıxıb. Gürcüstan təmsilçisini vaxtından əvvəl böyük hesablı məğlubiyyətə məcbur edən Ülvi Avropa çempionatının bürünc medalına yiyələnib.

Çempionatın ilk iki günündə mübarizə aparan sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal əldə edib. İslam Bazarqanov (50 kq) və Alimaqomed Alixmayev (100 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

Yeniyetmə qızların mübarizəsində güləşçilərimizdən Zemfira Ələkbərli (38 kq) gümüş və Aynur Camalova (43 kq) bürünc medala sahib olub.

42 kq
1/8 final – Artur Szczesny (POL) – Fazil İsgəndərov 0:8
1/4 final – Vladislav Kuzko (UKR) – Fazil İsgəndərov 6:1

50 kq
1/8 final – Emin Seferşaev (RUS) – Rəcəbəli Nəsirov 9:0
Təsəlliverici görüş – Rəcəbəli Nəsirov – Sebastian Kolombar (SRB) 1:5

58 kq
1/16 final – Lucas Oudy (FRA) – Kamran Mirzəliyev 0:8
1/8 final – Yahor Vladika (BLR) – Kamran Mirzəliyev 9:2

69 kq
1/8 final – Per-Anders Kure (NOR) – Ülvi Qənizadə 0:3
1/4 final – Ülvi Qənizadə – Tiistala Elias (FİN) 8:4
1/2 final – Ülvi Qənizadə – Aleksandr Komarov (RUS) 3:5
Bürünc medal görüşü – Nikoloz Çikaidze (GEO) – Ülvi Qənizadə 0:9

85 kq
1/16 final – Tobias Doile (GER) – Yaşar Zamanov 2:5
1/8 final – Yaşar Zamanov – Martin Kirilov (BUL) 3:4

Həmin kateqoriyadan