- Baxış sayı: 40
- 03 May 2024 17:00
- Baxış sayı: 77
- May 03, 2024
- 0
Yunan-Roma güləşçlərimiz paytaxtda toplaşıb. Allsport.az saytı xəbər verir ki, fevralın 10-da start götürən hazırlıq prosesi ayın 23-dək davam edəcək. Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi ilə gündə 2 məşq keçir.
Proses əsasən taktiki-texniki çalışmalardan ibarətdir. Olimpiya güləş mərkəzində TMT qarşıdan gələn məsul yarışlara hazırlıq xarakteri daşıyır. Komandamızın ilk sınağı reytinq turniri olacaq.
Fevralın 24-27-si aralığında İstanbulda Vəhbi Əmrə turnirində mübarizə aparacaq. Yığmamız üçün əsas yarışlar isə marta təsadüf edəcək. Gələn ayın əvvəllərində (7-13 mart) Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcəksə, ayın sonunda (28 mart – 3 aprel) Macarıstanın paytaxtı Budapeştdə ustaların analoji yarışına start veriləcək.