Yunan-Roma güləşində ölkəmizi kimlər təmsil edəcəklər?

Mayın 2-dən 7-dək Serbiyanın Novı Sad şəhərində Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sərbəst və qadın millimizin ardından, yunan-Roma güləş millimizin heyəti açıqlanıb. Komandamız Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirir. Təlim-məşq toplanışında İraq və Gürcüstandan olan pəhləvanlar da iştirak edirlər.

Aprelin 28-də keçirilən məşqdən sonra AGF-in vitse-prezidenti Elçin Cəfərov Avropa çempionatına yollanacaq heyəti elan edib və çempionatda ölkəmizi təmsil edəcək komandaya uğurlar arzulayıb.

Yığma komandanın baş məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) ölkəmizi təmsil edəcəklər.

 

Həmin kateqoriyadan