Yunan-Roma və sərbəst güləş komandalarımızın baş məşqçiləri rəsmən qovuldular

Güləş üzrə milli komandalarının məşqçilər heyətində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, bu barədə AGF məlumat yayıb. 1-ci vitse-prezidenti Namiq Əliyevin imzaladığı əmrə əsasən, yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər və formalaşan yeni heyət aşağıdakı kimidir (Qeyd: “klassiklər”in iranlı məşqçi korpusunun qovulmasını daha öncədən xəbər vermişdik; bu arada “sərbəstlər”in sükançısı Saypulla Absəidov gənclərdən ibarət milliyə təhkim olunub):

Yunan-Roma güləşi

Böyüklər
Baş məşqçi əvəzi – Akif Əliyev
Böyük məşqçi – İlqar Abdulov
Məşqçi – Nurəddin Rəcəbov

Gənclər
Böyük məşqçi – Şaban Donat
Məşqçi – Zöhrab Abbasov
Məşqçi – Turac Hüseynli

Yeniyetmələr
Böyük məşqçi – Bəhram Mürvətov
Məşqçi – İslam Cəfərov
Məşqçi – Fuad Alıyev

Kiçik yaşlı yeniyetmələr
Böyük məşqçi – Əfsər Namazəliyev
Məşqçi – Rasim Ağayev

Sərbəst güləş

Böyüklər
Baş məşqçi əvəzi – Firdovsi Umudov
Böyük məşqçi – Zəlimxan Hüseynov
Məşqçi – Arif Abdullayev
Məşqçi – Sədrəddin Ayqubov

Gənclər
Böyük məşqçi – Saypulla Absəidov
Məşqçi – Rövşən Hacıyev

Yeniyetmələr
Böyük məşqçi – Əsgərxan Novruzov
Məşqçi – Vahid Məmmədov
Məşqçi – Yaşar Əliyev

Kiçik yaşlı yeniyetmələr
Məşqçi – Mehman Nəcəfov
Məşqçi – Elşad Allahverdiyev

Qadınlar

Böyüklər
Baş məşqçi – Semyon Çteryov
Böyük məşqçi – Aslan Ağayev
Məşqçi – Rövşən Umudov

Gənclər və yeniyetmələr
Böyük məşqçi – Nazim Əlicanov
Məşqçi – Həsrət Məmmədyarov
Məşqçi – İsaməddin Hüseynov

Həmin kateqoriyadan