- Baxış sayı: 42
- 17 İyul 2025 21:42
- Baxış sayı: 207
- İyul 17, 2025
- 0
Həftəsonu Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə dünya seriyasının 2-ci mərhələsi keçirilib.
Allsport.az xəbər verir ki, iki gün davam edən yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 güləşçi təmsil edib.
Vüsal Əliyev (80 kq) debütant olmasına baxmayaraq, yarışa inamlı start verib. B qrupunda yer alan həmyerlimiz ukraynalı Oleksey Xarçukla serbiyalı Milyan Rayiçi 3:0, amerikalı Rodrik Lavı isə 4:0 hesabıyla üstələyib. Qrup lideri kimi yarımfinala yüksələn Əliyev ukraynalı Vasil Mixaylova uduzub – 0:2. Vüsal bürünc medal uğrunda görüşdə yenidən Lavla qarşılaşıb və cəmi 13 saniyə ərzində 3:0 hesablı qələbəyə imza ataraq debüt yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bu növdə 3-qat dünya çempionu olmuş İbrahim Yusubov (90 kq) isə “A” qrupunda həm fransalı Leon Mayranda, həm də almaniyalı Kevin Qremə 3:0, iranlı Səid Larganiyə isə 5:2 hesabıyla qalib gəlib. Qrupdan lider kimi çıxan Yusubov yarımfinalda ukraynalı Nazar Doda şans tanımayıb – 3:0. İbrahim finalda Ukrayna yığmasının digər üzvü Oleksey Yakovçukla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibini 3:2 hesabıyla məğlub edən təcrübəli güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.