“Zədələrə görə tam istədiyimi göstərə bilmədim”

Yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o bu il onun üçün uğurlu keçdigünü deyib:

“Zədələrə görə tam istədiyimi göstərə bilmədim. Ancaq ümumilikdə yaxşı nəticələr qazandım. İlk dəfə qatıldığım U-23 dünya çempionatında bürünc medala yiyələndim.

İnşallah, zədələri aradan qaldırıb, səhvlərim üzərində işləyərək, daha yüksək uğurlar qazanacağam. 1/4 finalda məğlubiyyətin bir neçə səbəbi var. Həm zədəyə görə tam gücümü ortaya qoya bilmədim, həm də təcrübəsizlik sözünü dedi.

Eyni zamanda, bir qədər arxayınlıq oldu. Çünki İrfan Mirzəyevə gənclərin Avropa çempionatında qalib gəlmişdim”.

Həmin kateqoriyadan