Zəfər gününə bölgə yarışı

Gəncə olimpiya idman kompleksində 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə həndbolçu qızlar arasında Azərbaycan birinciliyinin zona yarışına yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, Zəfər gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygöl komandalarıı bacarıqlarını göstəriblər. Gənclər və idman nazirliyinin və həndbol federasiyasının təşkilatçılığı ilə finalda Göygöl kollektivi Şirvana 2:1 qalib gəlib. “Gəncə-1” 3-cü yer tutub.

Bağlanış mərasimində yarışın əhəmiyyətindən söz açan AHF-in idman şöbəsinin müdiri İsgəndər Əsgərov, qalibləri təbrik edərək final mərhələsinə məsuliyyətlə hazırlaşmağı tövsiyyə eləyib. Bölgə yarışlarının finalçıları gələn il Bakıda ölkə birinciliyinin həlledici mərhələsində iştirak etmək hüququ qazanıblar.

Həmin kateqoriyadan