Zəfər gününə həsr edilən voleybol turnirinin mükafatlandırması olub

Voleybol federasiyası və dövlət bədən tərbiyəsi və idman akademiyasının ali təhsil ocağının ümumi və ixtisas kurslarının oğlan və qız tələbələri arasında birgə keçirdiyi və 8 noyabr – Zəfər gününə həsr edilən voleybol turnirinin mükafatlandırması olub.

Allsport.az saytı xəbər verir ki, tədbirdə AVF-nin baş katibi Fərid Xəlilov, AzDBTİA-nın idman işləri üzrə prorektoru Fərid Mansurov, elmi katib Bəxtiyar Rüstəmov və idman oyun növləri kafedrasının müəllimləri iştirak ediblər.

Yarışın nəticəsinə əsasən 1-2-ci yerləri tutmuş oğlan və qızlardan ibarət komandalar AVF tərəfindən pul mükafatı, AzDBTİA tərəfindən diplomla təltif ediliblər.

Həmin kateqoriyadan