- Baxış sayı: 34
- 26 Aprel 2024 23:41
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Antalyada yeniyetmə güləşçilər arasında “Zəfər kuboku”na start verilib. Allsport.az saytı xəbər verir ki, 350-yə yaxın idmançının qatıldığı ənənəvi yarışın ilk günündə güləşçilərimiz 7 medal qazanıb.
Yunan-Roma güləşində Turan Daşdəmirovla (51 kq) Yusif Əhmədli çempion olublar. Şahid Nəbiyev (45 kq) gümüş, onunla eyni çəkidə yer alan Nicat İsgəndərli və Səyyad Nağızadə (60 kq) bürünc medala yiyələniblər.
“Sərbəstlər”də Məhammədəli Əlizadə (51 kq) 2-ci, qadın güləşində Günay Qurbanova (61 kq) 3-cü yer tutublar.
Beləliklə, güləşçilərimiz turnirə 2 qızıl2 gümüşvə 3 bürüncmedalla başlayıb.