Zaqatalada yeni güləş zalı fəaliyyətə başlayıb

Zaqatalada yeni güləş mərkəzi fəaliyyətə başlayıb. Bu barədə bilgini allsport.az saytına yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı Rəsul Çunayev dedi. Onun sözünə görə, yerli idmançılar və iş adamların birgə səyi nəticəsində ərsəyə gələn güləş zalı rayonun mərkəzində yerləşir.

Tam şəraitlidir, iri zaldan, saunadan, ağırlıqqaldırma otağından, istedadlı idmançıların qalması üçün 10-15 yerlik mehmanxanadan ibarətdir. Burada əsasən güləşin sərbəst növü ilə məşğul olunacaq. Ətraf kəndlərdə yeni güləş zallarının tikintisi davam edir.

Həmin kateqoriyadan