- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Avropa voleybol konfederasiyası beynəlxalq dərəcəli hakim Zaur Hacıyevə növbəti təyinat göndərib.
Allsport.az xəbər verir ki, təmsilçimiz bu dəfə qadın voleybolçular arasında keçirilən CEV kubokunun 1/16 final mərhələsində “Dinamo” (Qazan, Rusiya) – “Potsdam” (Almaniya) arasında keçiriləcək cavab görüşündə ikinci hakim funksiyasını yerinə yetirəcək.
Dekabrın 18-də Kazanda baş tutacaq oyunda əsas referi isə türkiyəli Bülənt Bozkurt olacaq.